Fransa, İngiltərədən 48 saat ərzində gələn sərnişinlərin ölkəyə girişinə qadağa qoyur

23:53, 20.12.2020

Fransa, İngiltərədən 48 saat ərzində gələn sərnişinlərin ölkəyə girişinə qadağan edəcək. Ölkənin baş naziri Jan Kasteks bu barədə “Twitter” mikrobloqunda yazıb. Məlumatı “Guardian” nəşri yayır.

Ölkənin Baş nazirinin Aparatından verilən məlumata görə, məhdudiyyətlər bütün nəqliyyat növləri üçün tətbiq olunur. Bunlara hava, dəniz və ya dəmir yolu nəqliyyatı daxildir.

Böyük Britaniyada tapılan yeni “Covid-19” növü səbəbiylə İngiltərə ilə hava əlaqəsi artıq bir sıra Avropa ölkələri tərəfindən qadağan edilib.

Bununla, İngiltərədə kəşf olunan yeni “Covid-19” növü ilə əlaqədar bazar ertəsi səhər Avropa Şurasının böhran iclası keçiriləcək.

Oxşar