Fransa hökumətinin mətbuat katibi Donald Trampın Venesueladakı hərəkətlərinin beynəlxalq hüquqa zidd olduğunu bildirir
Donald Trampın Venesueladakı hərəkətləri beynəlxalq hüquqa ziddir – bu haqda Fransa hökumətinin mətbuat katibi Mod Brejon ölkə hökumətinin iclası başa çatdıqdan sonra deyib.
O, Fransanın oxşar hərəkətləri dəstəkləmədəyini bildirib.
“Biz beynəlxalq hüququ və xalqın azadlığını müdafiə edirik, bu səbəbdən istifadə edilən metod nə dəstəklənir, nə də təsdiqlənir. Prezident Trampın hərəkətləri beynəlxalq hüquqa ziddir. Buna baxmayaraq, məsələ diktatorla bağlı idi və buna görə də biz bunu nəzərə alırıq. Nikolas Maduronun getməsi venesuelalılar üçün yaxşı hadisədir” – o, bildirib.
Brejon, dəyişən dünyada Fransanın hər zaman hazır olması gərəkdiyini bildirib.
“Biz baş verənləri qınamaqla və ya şərh etməklə kifayətlənmirik. Dünya daha da mürəkkəbləşir və Fransa bu daha mürəkkəb dünyaya yenidən silahlanma, hərbi və iqtisadi yenidən silahlanma, xüsusən də 2026-cı ilin büdcəsində nəzərə alınmalı olan müdafiə resurslarını artırmaqla hazırlaşmalıdır” – o, bildirib.