Fransa hökuməti aksiyalar zamanı qarətdə iştirak edən şəxslərin sosial yardımını məhdudlaşdıracaq fərman hazırlayır

13:50, 20.10.2026

 

Fransanın mənzil siyasəti naziri Vensan Janbren ədliyyə naziri Jerald Darmanen ilə birlikdə dövlətə 17-18 oktyabr etiraz aksiyaları zamanı qarətdə təqsirli bilinən şəxslərin sosial yardımını məhdudlaşdırmaq hüququ verən fərmanı imzalayacağını təsdiqləyib.

Sənədə əsasən, iğtişaşlar zamanı oğurlanmış əmlakın satışından əldə edilən gəlir alınan müavinətlərdən çıxılacaq. Medianın yazdığı kimi, bu işsizlik müavinətinə, mənzil kirayəsi yardımına, ailə müavinətinə, eləcə də heç bir gəliri olmayan və ya çox aşağı əməkhaqqı alan şəxsləri minimum gəlirlə təmin edən yardım proqramına şamil olunur.

Oktyabrın 17-də oğurlanmış əşyaların satışından əldə edilən məbləğdən başqa, sənəd narkotik ticarətindən, saxtakarlıqdan və digər qanunsuz fəaliyyətlərdən əldə olunan gəlirlərə də aiddir.

Oxşar