Fransa Böyük Yeddiliyin nazirlərini Qrenlandiya ilə bağlı vəziyyəti müzakirə etmək üçün yaxın günlərdə görüş keçirməyə çağırır
Fransanın maliyyə naziri Roland Leskur “Böyük Yeddilik”dən olan həmkarlarını Qrenlandiya ilə bağlı vəziyyəti müzakirə etmək üçün yaxın günlərdə görüş keçirməyə çağırır.
Leskur bildirib ki, liderlər ticarət və suverenlik məsələlərini müzakirə etməlidirlər.
“Biz Qrenlandiya və Danimarkanı tam dəstəkləyirik. Dostlar arasında şantaj, əlbəttə, qəbuledilməzdir” – Leskur bildirib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Britaniya, Niderland və Finlandiyaya 10%-lik rüsum tətbiq edir. Əmr 2026-cı ilin fevralın 1-dən qüvvəyə minəcək. 2026-cı ildə Fransa Böyük Yeddiliyə sədrlik edəcək.