Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Polşanın müdafiə nazirləri Parisdə görüşdə Avropanın təhlükəsizliyi məsələsini müzakirə ediblər
Parisdə Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Polşanın müdafiə nazirlərinin görüşü keçirilib.
Beş ölkənin müdafiə nazirliklərinin rəhbərləri Avropanın təhlükəsizliyi məsələsini müzakirə ediblər.
Görüşdən sonra Fransanın müdafiə naziri Sebastian Lekornu Ukraynaya dəstək formatı ilə bağlı konsensus haqda açıqlayıb.
“Ukrayna üçün ilk təhlükəsizlik zəmanəti açıq şəkildə elə Ukrayna ordusudur. Demilitarizasiya sözü ortaya çıxır, lakin bu o vəziyyət deyil. Əksinə, uzunmüddətli təhlükəsizliyin real zəmanəti bizim Ukrayna ordusuna verə biləcəyimiz imkanlar olacaq. Bu mərhələdə 15 ölkə Ukrayna üçün yeni təhlükəsizlik formatında maraqlıdır, bu da Ukraynada atəşkəsin uzunmüddətli təminatını nəzərdə tutur” – nazir qeyd edib.
Həmçinin, Lekornu bildirib ki, Ukraynanın müharibədən sonrakı təhlükəsizliyi yalnız Avropa qoşunlarının orada yerləşdirilməsi kontekstində nəzərdən keçirilməməlidir.