Frank-Valter Ştaynmayer bəyan edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ümumi Avropa evi ideyasına son qoydu
Almaniya prezidentinin bəyan etdiyinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi SSRİ prezidenti Mixail Qorbaçovun səsləndirdiyi ümumi Avropa evi ideyasına son qoydu.
Medianın məlumatəna görə, bu barədə Almaniya Həmkarlar İttifaqları Konqresindəki çıxışında Frank-Valter Ştaynmayer bəyan etdi.
“Bu gün, 8 mayda, amumi Avropa xalq arzusu pozuldu. Onun yerini qorxulu yuxu tutdu. Bu 8 may günüdür”, – Almaniya prezidenti bəyan etdi.
Ştaynmayer həmçinin demokratiyanın müdafiəsi vacibliyini xüsusilə qeyd etdi.
“Bu müharibə bizə anladır ki, biz bizim demokratiyamızı müdafiə etməliyil, necə ölkə daxilində, eləcə də xaricində. Ukraynaya hücum həm də azadlıq, bərabərlik, insan hüquqlarına və insan ləyaqətinə hörmətə əsaslanan liberal demokratiya ideyasına və dəyərlərinə hücumdur”, – Ştaynmayer bəyan etdi.
Bununla yanaşı, medianın yazdığı kimi, Ştaynmayer Putinin 1945-ci ildə Üçüncü Reyx üzərində qələbəsi ilə Ukraynaya qarşı davam edən təcavüz arasında paralel aparmaq cəhdlərini tarixə qarşı sinik təhqir adlandırdı.