Fövqəladə vəziyyətin ləğv olunması tələbi ilə Batumidə səssiz aksiya keçirildi
Batumidə bir neçə insan uzadılmış fövqəladə vəziyyətə və məhdudiyyətlərə etiraz etdi. Onlar Mərkəzi Parkın girişində toplandılar, məsafəni müdafiə edərək səssiz aksiya keçirdilər və fövqəladə vəziyyətin ləğv olunmasını tələb etdilər.
“Virusun yayılmasında nə hakimiyyəti nə də dövləti günahlandırmırıq. Sadəcə olaraq, bu məqam və qoruxmuş insanlardan istifadə edirlər. Biz evdə oturmalıyıq, ailələrimizin qayğısına qalmamalıyıq və gözləməliyik ki, hökumət nə vaxt bizə yardım edəcək. Belə davam etməməlidir”, – aksiya iştirakçısı, Giorgi Putkaradze bəyan etdi.