Fövqəladə Halların İdarəolunması Xidməti - Növbəti həftə yağıntısız hava şəraiti qorunub saxlanacaq, meşə və tarla örtüyü qurudur, sizə müraciət edirik, təbiətdə hərəkət edərkən yüksək vətəndaş məsuliyyəti göstərin
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəolunması Xidməti tarla və meşə yanğınlarının qarşısının alınması məqsədilə, sizə müraciət edirik, təbiətdə hərəkət edərkən yüksək vətəndaş məsuliyyəti göstərin – bu haqda Fövqəladə Halların İdarəolunması Xidmətinin bəyanatında qeyd olunub.
Bəyanatda deyilir ki, növbəti həftə ərzində yağıntısız hava şəraiti qorunub saxlanacaq, meşə və tarla örtüyü qurudur, bu isə meşə və tarla yanğınları riskini artırır.
“Kənd təsərrüfatı sahələrində, meşə və ya sahənin yaxınlığında ocaq qalamamağa və yanğın ocaqlarını diqqətsiz qoymamağa çağırırıq. Əks halda, qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək.
Tüstü və ya alov aşkar edilməsi halında dərhal İctimai Təhlükəsizliyin İdarəolunması Mərkəzinə – “112”-yə zəng vurun” – Fövqəladə Halların İdarəolunması Xidmətinin bəyanatında qeyd olunub.