Fövqəladə Halların İdarəolunması Xidməti Kaxetidə tarla yanğınlarının qarşısını almaq məqsədilə sahə əməliyyatları qərargahı açıb
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəolunması Xidməti Kaxetidə dənli bitkilərin yığımı prosesində tarla yanğınlarının qarşısının alınması və tez reaksiya verilməsi məqsədilə sahə əməliyyatları qərargahı açıb. Bu barədə məlumatı Fövqəladə Halların İdarəolunması Xidməti yayır.
Qurumun məlumatına əsasən, Fövqəladə Halların İdarəolunması Xidməti xüsusi texnika və canlı qüvvəni Dedoplistsğaro və Siğnaği munisipalitetlərinə cəlb edib. Yanğınların qarşısını almaq məqsədilə qeyd olunan ərazidə dronlar vasitəsilə monitorinq aparılacaq.
“Yay mövsümündə meşə və tarla yanğınlarının baş vermə riski artır, bu isə tez-tez vətəndaşlar tərəfindən kənd təsərrüfatı sahələrində ocaq qalanması və səhlənkarlıq səbəbindən baş verir.
Fövqəladə Halların İdarəolunması Xidməti əhalini yüksək vətəndaş məsuliyyəti göstərməyə, kənd təsərrüfatı sahələrində, meşə və ya sahənin yaxınlığında ocaq qalamamağa və yanğın ocaqlarını diqqətsiz qoymamağa çağırır. Tüstü və ya alov aşkar edilməsi halında isə dərhal Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyin İdarəolunması Mərkəzinə – “112”-yə məlumat versinlər” – Fövqəladə Halların İdarəolunması Xidmətinin yaydığı məlumatda deyilir.