Fövqəladə Halların İdarəetmə Xidməti – Tkibuli bələdiyyəsinin Kursi kəndində torpaq sürüşməsi baş verib, bu mərhələdə xəsarət alanlar barədə məlumat yayılmayıb
Fövqəladə Halların İdarəetmə Xidməti – Tkibuli bələdiyyəsinin Kursi kəndində torpaq sürüşməsi baş verib, bu mərhələdə xəsarət alanlar barədə məlumat yayılmayıb

Fövqəladə Halların İdarəetmə Xidmətinin məlumatına görə, Tkibuli bələdiyyəsinin Kursi kəndində torpaq sürüşməsi baş verib.

Qurumun məlumatına görə, təbii fəlakətin baş verdiyi əraziyə Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, həmçinin müvafiq texnika səfərbər olunub.

“Yanğınsöndürən-xilasedicilər aktiv rejimdə işlər aparır və yerli əhalinin təhlükəsiz yerə köçürülməsi məqsədilə təxliyəsi davam edir.

Bu mərhələdə xəsarət alanlar barədə məlumat yayılmayıb.

Kursi kəndində olan əhaliyə müraciət edirik ki, hərəkətdən çəkinib hadisə yerində olan Daxili İşlər Nazirliyinin nümayəndələrinin göstərişlərinə tabe olsunlar”, – deyə Fövqəladə Halların İdarəetmə Xidmətinin məlumatında qeyd olunub.