Fövqəladə Halların İdarəetmə Xidməti – Temperaturun artması ilə birlikdə yanğınların riski yüksəlir, buna görə də meşə sahələrində patrul xidməti 24 saat ərzində həyata keçiriləcək
Fövqəladə Halların İdarəetmə Xidməti – Temperaturun artması ilə birlikdə yanğınların riski yüksəlir, buna görə də meşə sahələrində patrul xidməti 24 saat ərzində həyata keçiriləcək

Temperaturun artması ilə meşə və çöl yanğınlarının riski artır. Yanğınsöndürən-xilasedicilər 24 saat ərzində meşə sahələrində patrul xidməti həyata keçirəcəklər – bu barədə Fövqəladə Halların İdarəetmə Xidmətinin açıqlamasında deyilir.

Xidmət vətəndaşlara yüksək vətəndaş məsuliyyəti göstərməyə çağırır.

“Ətraf Mühit üzrə Milli Agentliyin məlumatına əsasən, qarşıdakı günlərdə həm Qərbi, həm də Şərqi Gürcüstan ərazilərində havanın temperaturunun artması gözlənilir ki, bu da meşə və çöl yanğınlarının yaranma riskini artırır. Bu səbəbdən, Fövqəladə Halların İdarəetmə Xidməti ölkə miqyasında riskli zonalarda monitorinqi gücləndirib. Yanğınların qarşısını almaq və mümkün təhlükənin önlənməsi məqsədilə yanğınsöndürən-xilasedicilər bütün lazımi avadanlıq və texnikadan istifadə etməklə meşə sahələrində 24 saatlıq patrul xidməti həyata keçirəcəklər.

Fövqəladə Halların İdarəetmə Xidməti sizi yüksək vətəndaş məsuliyyəti göstərməyə çağırır – kənd təsərrüfatı sahələrində, meşə və ya çölə yaxın ərazilərdə od qalqızmayın və açıq alovu nəzarətsiz qoymayın. Əks halda, qanunvericiliyə uyğun tədbirlər görüləcək. Tüstü və ya yanğın müşahidə etdiyiniz halda dərhal Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi – “112” ilə əlaqə saxlayın,” – deyilir xidmətin bəyanatında.