Fövqəladə Halların İdarəedilməsi Xidməti - Xilasetmə işlərinə 600-dək yanğınsöndürən-xilasedici və onlarla xüsusi texnika qoşulub, bütün müvafiq bölmələr fövqəladə rejimdə işləyir
Qərbi Gürcüstanda güclü qar yağması ilə əlaqədar Daxili İşlər Nazirliyinin bütün müvafiq bölmələri üçüncü gündür fövqəladə rejimdə işləyir – bu haqda bəyanatı Fövqəladə Halların İdarəedilməsi Xidməti yayır.
Qurumun məlumatına əsasən, xilasetmə işlərinə Fövqəladə Halların İdarəedilməsi Xidmətinin 600-dək yanğınsöndürən-xilasedicisi və onlarla xüsusi texnika, o cümlədən qartəmizləyənlər cəlb olunub.
“Yanğınsöndürən-xilasedicilər bu vaxt üçün mürəkkəb relyef şəraitində onlarla insana yardım göstəriblər, Acara və Quriyanın müxtəlif kəndlərindən qocaları, uşaqları, tibbi yardıma ehtiyacı olanları təhlükəsiz əraziyə çıxarıblar. Güclü qar yağışı və pisləşən hava şəraitinə görə hərəkət edə bilməyən qar və çovğunda qalan avtomobilləri də təhlükəsiz əraziyə çıxarıblar.
Daxili İşlər Nazirliyinin əməkdaşları İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi – “112”yə daxil olan bildirişləri mərhələli şəkildə cavablandırırlar. Patrul polisi və kriminal polisin əməkdaşları müxtəlif qurumların müvafiq xidmətləri ilə birlikdə avtonəqliyyat vasitələrinin və sərnişinlərin təhlükəsiz və ləngimə olmadan hərəkətini təmin etmək məqsədilə həm mərkəzi avtomobil yollarına, həm də daxili dövlət yollarına səfərbər olunublar.
Daxili İşlər Nazirliyinin bütün müvafiq bölmələri digər müvafiq qurumlarla birlikdə fövqəladə rejimdə işləməyə davam edir” – Fövqəladə Halların İdarəedilməsi Xidmətinin bəyanatında deyilir.