Fövqəladə Halların İdarə Olunması Xidməti Şaori gölü ətrafında və Baxmaro kurortunda əlavə yanğın-xilasetmə qüvvələri yerləşdirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti Şaori gölü ətrafında və Baxmaro kurortunda əlavə yanğın-xilasetmə qüvvələri yerləşdirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, istirahət edənlərin və ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Şaori gölü ərazisində xilasedici qruplar müvafiq avadanlıqlarla patrul xidməti həyata keçirir. Baxmaro kurortunda isə canlı qüvvə, dronlar və xüsusi texnika səfərbər olunub.
Fövqəladə Halların İdarə Olunması Xidməti vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Təcili yardım ehtiyacı yarandıqda, həmçinin tüstülənmə və ya yanğın aşkar edildikdə, dərhal “112” Vahid Təcili Yardım Mərkəzinə zəng etmək tövsiyə olunur.