Fövqəladə Hallar Xidməti təbii fəlakət nəticələrinin aradan qaldırılması işləri barəsində məlumat yayır
Gürcüstanın Fövqəladə Hallar İdarəsi Xidməti güclü yağışlar nəticəsində Gürcüstanın bölgələrində yaranan problemlər və təbii fəlakət nəticələrinin aradan qaldırılması işləri barəsində məlumat yayır.
İdarənin məlumatına görə, Kaxetidə, Qoridə və Qardabanidə güclü yağışlar nəticəsində yaşayış evlərini və həyətlərini su basdı.
“Kaxeti – Siğnaği və Laqodexinin dörd kəndini su basdı. Cəmi altı zəng daxil oldu.
Qori – yaşayış evlərini və həyətlərini su basdı. Cəmi 18 zəng daxil oldu. Xilas edicilər üç ailəni təhlükəsiz yerə götürdülər.
Qardabani, Krtsanisi kəndi – yaşayış evlərini və həyətlərini su basdı. Cəmi dörd zəng daxil oldu. Xilas edicilər 11 ailəni təhlükəsiz yerə götürdülər”, – Gürcüstanın Fövqəladə Hallar İdarəsi Xidməti tərəfindən yayılan məlumatda deyilir.
Xidmətin məlumatına görə, bölgələrin heç birində xəsarət alan olmayıb.