Fövqəladə Hallar İdarəsi Xidməti vətəndaşları göl və su anbarlarından ehtiyatlı olmağa, donmuş su səthindən keçməməyə çağırır
Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidməti bəyanat yayır.
Bəyanatda deyildiyi kimi, temperaturun aşağı düşməsinə görə, göl və su anbarlarında buzun müxtəlif qalınlığı var. Bir neçə göldə, xüsusilə də Tbilisidə, Lisi və Tısbağa Gölündə buz üzərində vətəndaşların hərəkəti qeydə alınır, bu isə, təhlükə əhatə edicidir.
“Nəzərinə çatdırırıq ki, bütün Gürcüstan miqyasıilə, temperaturun aşağı düşməsinə görə, göl və su anbarlarında buzun müxtəlif qalınlığı var. Bir neçə göldə, xüsusilə də Tbilisidə, Lisi və Tısbağa Gölündə buz üzərində vətəndaşların hərəkəti qeydə alınır. Fövqəladə Hallar İdarəsi Xidməti göl və su anbarlarından maksimal ehtiyatlı olmağa, donmuş su səthindən keçməməyə çağırırıq. Buz üzərində istənilən hərəkət onun çartlamasına səbəb olması və sağlamlığınıza təhlükə yaratması mümkündür. Fövqəladə Hallar İdarəsi Xidməti tərəfindən, təhlükəsizlik məqsədilə, Lisi və Tısbağa Gölündə xilasedici qruplar artıq səfərbər olunublar. Onların tələblərinə tabe olun və təhlükəsizlik qaydalarını qoruyun”, – bəyanatda deyilir.