Fövqəladə Hallar İdarəsi Xidməti fevralın 14-dən yanğın təhlükəsizliyi baxımından tikililərin yoxlanılmasına başlayır
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidməti fevralın 14-dən, Gürcüstan miqyası ilə, yanğın təhlükəsizliyi baxımından tikililərin yoxlanılmasına başlayır.
Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, “İnzibati Xətalar Məcəlləsinə” edilən dəyişikliklərdən sonra, yoxlama bütün növ tikili-binaya aid olacaq və sanksiyalar artacaq.
İdarənin yaydığı məlumata görə, qayda və qanunlar barəsində texniki reqlamentin pozulması və ya yerinə yetirilməməsi 500-dən 10 000 lariyə qədər cəriməni nəzərdə tutur.