Forli Hava Limanında "Georgian Airways"in Tbilisi-Forli reysinin açılış tədbiri keçirilib
Forli Beynəlxalq Hava Limanında Tbilisi-Forli reysinin açılış tədbiri keçirilib. “Georgian Airways”in ilk reysini Forli şəhərinin meri Can Luka Zatini və Forli Hava Limanının rəhbər şəxsləri qarşılayıblar.
“Georgian Airways” aviaşirkəti Tbilisidən İtaliyanın Forli şəhəri istiqamətində birbaşa uçuşlara bu gün başlayıb.
Yay naviqasiya mövsümündə Tbilisidən Forli istiqamətində birbaşa uçuşlar həftədə bir dəfə, hər cümə axşamı həyata keçiriləcək.
Aprelin 26-dan “Georgian Airways” Romanın Fiumiçino Hava Limanı istiqamətində birbaşa reysləri həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçirəcək.
Müvafiq olaraq, İtaliya istiqamətində gündəlik uçuşlar həyata keçiriləcək: həftədə üç dəfə Milana, həftədə iki dəfə Romaya və həftədə bir dəfə Forliyə.
Forli, ziyarətçilərə Avropa standartlarına uyğun tibbi müayinələr, reabilitasiya, sağlamlaşdırıcı prosedurlar və termal spa mərkəzləri təklif edən İtaliyanın müalicəvi kurortudur.
“Georgian Airways” yay naviqasiya mövsümündə Avropanın digər istiqamətlərinə: Paris, Nitsa, Vyana, Amsterdam, Berlin və Larnakaya da birbaşa uçuşları davam etdirəcək.
Qeyd edilməlidir ki, “Georgian Airways” Avropa istiqamətində birbaşa uçuşları gündüz saatlarında həyata keçirir, bu isə sərnişinlər üçün xüsusilə rahatdır. Aviabiletin standart tarifinə təhvil veriləsi baqaj da daxildir.
Məlumatı “Georgian Airways” yayır.