"Fox News" - Tramp-Zelenski görüşü ola bilsin Zelenski və Putin arasında telefon danışığı üçün əsas olsun
Donald Tramp və Volodimir Zelenski görüşü ola bilsin Ukrayna Prezidenti və Vladimer Putin arasında beş ildən çox müddətdə ilk birbaşa telefon danışığı üçün əsas olsun – bu haqda “Fox News” anonim mənbəyə istinadən yazır.
Mənbənin verdiyi məlumata əsasən, Zelenski ilə Putin arasında birbaşa telefon danışığının mümkünlüyü mühüm sıçrayış olaraq görülür. Mənbə bildirib ki, Donald Tramp və Volodimir Zelenskinin Mar-a-Laqoda görüşü Trampın rəhbərliyi ilə sülh səyində irəliyə atılan addım kimi qiymətləndirilib, Zelenski və Putinin birbaşa telefon danışığının təmin edilməsi prezident üçün “diplomatik qələbə” olardı.
“Əgər Putin bazar günü telefon danışığına qoşulsaydı, bu, sülh danışıqları üçün böyük nailiyyət və sülh prosesində ilk real addım olardı” – anonim mənbə bildirib.
Mənbə bildirib ki, Zelenski və Putin arasında mövcud gərginlik nəzərə alınmaqla, Tramp hazırda “ən uğurlu vasitəçi”dir.