„Fox News“ – Donald Tramp bildirir ki, Nyu-Yorkda Məsud Pezeşkianla görüşməyə hazırdır

11:31, 21.09.2026

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu açıqlayıb. Bu barədə „Fox News“ məlumat yayıb.

„Fox News“ jurnalisti Trey Yinqstın sözlərinə görə, o, Trampdan BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşmək imkanını soruşub.

„Mən Prezident Donald Trampdan Baş Assambleya barədə soruşdum. İran Prezidenti Məsud Pezeşkian da orada olacaq. Ondan İran Prezidenti ilə görüşməyə hazır olub-olmadığını soruşdum. O isə cavabında, çox güman ki, görüşməyə hazır olduğunu bildirdi“, – deyə Yinqst efirdə bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası Nyu-Yorkda sentyabrın 22-dən 28-dək keçiriləcək.

Bu arada İranın xarici işlər naziri Abbas Əraqçinin BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşdüyü məlum olub.

Məlumata görə, Əraqçi İrandan əvvəlcə Qətərə uçub, oradan isə Nyu-Yorka yola düşəcək.

Oxşar