"Fox News" - ABŞ-nin Federal Təhqiqat Bürosunun rəhbəri gizli otaqda Tramp-Rusiya münasibətinə dair 2016-cı ilin istintaqının "yandırılacaq kisələrə" qoyulmuş minlərlə sənədini aşkarlayıb
"Fox News" - ABŞ-nin Federal Təhqiqat Bürosunun rəhbəri gizli otaqda Tramp-Rusiya münasibətinə dair 2016-cı ilin istintaqının "yandırılacaq kisələrə" qoyulmuş minlərlə sənədini aşkarlayıb

 

ABŞ-nin Federal Təhqiqat Bürosunun rəhbəri Kaş Patel xidmətin gizli otağında Tramp-Rusiya istintaqının minlərlə sənədini aşkarlayıb. Bu haqda məlumatı “Fox News” yayır.

Medianın məlumatına əsasən, məxfi sənədlər “yandırılacaq kisələrə” qoyulubmuş. Mənbələr “Fox News”a bildiriblər ki, “yandırılacaq kisə” sistemi məxfi və ya daha yüksək səviyyəli sənədləri məhv etmək üçün istifadə olunur. Tapılan sənədlərdən biri sabiq xüsusi prokuror Con Daremin nəzərdən keçirdiyi kəşfiyyat məlumatlarını özündə əks etdirən yekun hesabatının məxfi əlavəsi idi. Məxfiləşdirilmiş əlavə Senatın Ədliyyə Komitəsinin sədri Çak Qrasliyə veriləcək və o, axırda sənədi ictimaiyyətə açıqlayacaq.

“Fox News”a məxfiləşdirilmiş əlavənin bəzi hissəsinin məzmunu, o cümlədən ABŞ kəşfiyyat xidmətinin büronun “Crossfire Hurricane”in mübahisəli istintaqına başlamazdan əvvəl Federal Təhqiqat Bürosunun Tramp və Rusiya arasında ehtimal edilən sövdələşmə hekayəsinin yayılmasında rol oynadığına işarə edən etibarlı xarici mənbələrə malik olması barədə məlumat veriblər.

“Nəticə etibarilə, gizli əlavənin dərc olunması Klintonun seçki qərargahına Trampın Rusiya ilə əlaqəsi barədə qalmaqalın qızışdırılmasında kömək etmək üçün ABŞ hökumətində koordinasiyalı planın olması ilə bağlı iddianı daha da inandırıcı edəcək. Bu kəşfiyyat məlumatının toplanmasından cəmi bir neçə gün sonra Federal Təhqiqat Bürosu “Crossfire Hurricane”ə başladı. Brenan, Kleper və Kominin bunu necə izah edə biləcəyini, doğrudan da, təsəvvür etmək çətindir” – mənbə “Fox News”a bildirib.

Kaş Patel iyunda podkastın aparıcısı Co Roqanla müsahibəsində heç kimin görmədiyi və haqqında heç nə eşitmədiyi sənədlərlə və kompüterlərin sərt diskləri ilə dolu otaq tapdığını ifşa edib. 2016-cı ilin iyulunda, seçki dövründə, Federal Təhqiqat Bürosu Trampın seçki qərargahının seçkilərin nəticələrinə təsir etmək məqsədilə Rusiya ilə əməkdaşlıq edib-etməməsi haqda istintaqa başladı. Bu istintaq Büro daxilində “Crossfire Hurricane” adı ilə tanınırdı.