FLYONE Ermənistan Gürcüstan istiqamətində fəaliyyətə başlamağı planlaşdırır
FLYONE Ermənistan Gürcüstan istiqamətində fəaliyyətə başlamağı planlaşdırır

Ermənistanın aşağı büdcəli “FLYONE Armenia” aviaşirkəti Gürcüstana müntəzəm aviareyslər açmağı planlaşdırır. Məlumatı Mülki Aviasiya Agentliyi yayıb.

Agentliyin məlumatına görə, Yerevan-Tbilisi-Yerevan hava xətti ilə uçuşlar həftədə üç dəfə, hər bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Mülki Aviasiya Agentliyi FLYONE Ermənistanın tələb olunan müddətə (2022-ci il, 31, 20 yanvar – 26 mart ) uçuş müraciətini tam təmin etdi, lakin, əməliyyatların başlamasının dəqiq tarixi aviaşirkət tərəfindən daha sonra elan ediləcək. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi yanvarın 31-də FLYONE Armenia şirkətinə fəaliyyət göstərmək üçün lisenziya verib.

“Nəzərinizə çatdıraq ki, epidemioloji vəziyyətə uyğun olaraq dövlətlər tərəfindən sərhəd məhdudiyyətləri və sanitar tələblər vaxtaşırı dəyişdirilir ki, bu da bu və ya digər istiqamətdə hava hərəkətinin başlanması, uzadılması və ya yenilənməsi baxımından aviaşirkətlərin qərarlarında öz əksini tapır. Vətəndaşları səfərlərini planlaşdırarkən diqqətli olmağa, təyinat ölkəsi tərəfindən qoyulmuş sərhəd və sanitar qaydaları, aviaşirkətlərin bildirişləri, rəsmi mənbələrdə yerləşdirilən elan və cədvəlləri diqqətlə oxumağa çağırırıq”, – deyə agentlikdən bildirilib.