Floridada qasırğa nəticəsində altı nəfər həyatını itirib
Floridada “Isaias” qasırğası nəticəsində altı nəfər həyatını itirib. Bu barədə ştatın qubernatoru Ron Desantis açıqlayıb.
“Hazırda qasırğa ilə bağlı hadisələrin altı nəfərin həyatına son qoyduğu təsdiqlənib” – Desantis jurnalistlərlə söhbətində deyib.
“Isaias” qasırğası Florida sahilinə şənbə günü sübh saatlarında çatıb. Təbii fəlakət nəticəsində Florida, Alabama, Corciya və Missisipidə yüz minlərlə insan elektrik enerjisiz qalıb. Alabama ştatının qubernatoru Key Ayvi ştatda qasırğanın iki nəfərin həyatına son qoyduğunu bəyan edib.