"Fitch" hesabatına uyğun olaraq, Rusiyanın Ukraynaya qarşı müharibəsi güman edildiyinə görə, 2023-cü ildə də davam edəcək, çünki tərəflər arasında danışıqlar perspektivləri zəifdir
"Fitch" hesabatına uyğun olaraq, Rusiyanın Ukraynaya qarşı müharibəsi güman edildiyinə görə, 2023-cü ildə də davam edəcək, çünki tərəflər arasında danışıqlar perspektivləri zəifdir

Rusiyanın Ukraynaya qarşı müharibəsi güman edildiyinə görə, 2023-cü ildə də davam edəcək, çünki tərəflər arasında danışıqlar perspektivləri zəifdir. Ukrayna mediasının məlumatınna görə, bu barədə Fitch reytinq agentliyinin hesabatında deyilir.

Analitiklər hesab edirlər ki, Ukraynada genişmiqyaslı müharibə gələn il də davam edəcək və danışıqlar yolu ilə istənilən siyasi həllin perspektivləri zəifdir.

Hesabatda qeyd olunduğu kimi, Ukrayna hökuməti ictimaiyyətin mütləq rəyinə əməl edərək, Rusiyanın işğal etdiyi ərazilərdən imtina etməyəcək və buna cavab olaraq Vladimir Putin Ukraynanın müstəqilliyinə və suverenliyini pozmağı davam etdirəcək.

“Eyni zamanda, hər iki tərəfin məqsədlərinə çatmaq üçün kifayət qədər hərbi üstünlüyə malik olub-olmayacağı bəlli deyil ki, bu da uzunmüddətli münaqişəyə gətirib çıxara bilər”, – hesabatda deyilir.

“Fitch” hesabatında həmçinin deyilir ki, infrastrukturun geniş şəkildə məhv edilməsini əhatə edən Rusiya müharibə taktikası, böyük iqtisadi və insan itkilərinə səbəb olur.