Reytinq şirkəti “Fitch” Gürcüstanın kredit reytinqini “BB” səviyyədə, perpektivini isə, stabil göstəricidə saxladı.
Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Nazirliyinin məlumatına görə, reytinq şirkəti tərəfindən, regionda mövcud olan vəziyyətə və qlobal ticari gərginliyə baxmayaraq, Gürcüstanın reytinqinin olduğu kimi saxlanması çox müsbət bir faktordur və beynəlxalq təşkilatların və investorların Gürcüstana olan etimadını daha da gücləndirəcək.
Eyni zamanda, reytinq kampaniyası Gürcüstanın qarşısında duran çağırışları da adlandırıb.
Reytinq şirkəti qeyd edir ki, Gürcüstanın iqtisadi siyasəti Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənib və bu da ölkənin iqtisadi siyasətinə qarşı etimadı artırır.