Fırtına Batumidə, bulvarın bir neçə hissəsinin infrastrukturuna ziyan vurdu
Fırtına Batumidə, bulvarın bir neçə hissəsinin infrastrukturuna ziyan vurdu

Dənizdə fırtına səbəbindən Batumidə yeni bulvarın bir neçə hissəsində infrastruktura ziyan dəydi.

Batumi Meriyasından verilən məlumata görə, meriyanın müvafiq xidmətlərinin nümayəndələri yerindədirlər və ləğvetmə tədbirləri aparılır.

“Çoxlu yağış və dənizdə fırtına səbəbindən Batumidə yeni bulvarın bir neçə hissəsində infrastruktura ziyan dəydi. Munisipal xidmətlər 24 saatlıq rejimdə işləyəcəklər. Müvafiq xidmətlərinin nümayəndələri yerindədirlər. Monitorinqi Bulvar administrasiyası ilə birlikdə davam etdiririk. Fəlakət nəticələrinin ləğvetmə tədbirləri intensiv şəkildə aparılır”, – Batuminin meri, Arçil Çikovani bəyan edir.

Meriyanın məlumatına görə, “Batumi Suyu”-nun mobil qrupları fövqəladə rejimdə işləyirlər. Dənizə çıxan kanallar təmizlənir. Lazım olduğu təqdirdə təmizləmə işlərə bütün gecə ərzində davam etdiriləcək.