Finlandiyanın xarici işlər naziri - Gürcüstanda mövcud vəziyyətdən narahatam, dinc nümayişçilərə qarşı zorakılığı pisləyirik
Gürcüstanda mövcud vəziyyətdən çox narahatam. İndi mən ATƏT-in fəaliyyətdə olan sədri kimi də danışa bilərəm. ATƏT DTİHB vasitəsilə ötən il seçkilərə dair hesabat, eləcə də əsasən yeni seçkilərin keçirilməsini nəzərdə tutan tövsiyələr dərc edib – bu haqda Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.
O, Finlandiyanın dinc nümayişçilərə qarşı zorakılığı pislədiyini deyib.
“İlk növbədə, biz dinc nümayişçilərə qarşı zorakılığı pisləyirik, çünki bu, istənilən azad cəmiyyətdə qəbuledilməzdir. İkinci məsələ, əlbəttə ki, odur ki, əgər siz etibarlı demokratiya olaraq qalmaq istəyirsinizsə, o zaman xalqın fikrini həqiqətən nəzərə alacaq seçkilər təşkil etməklə etibarınızı qorumalısınız” – nazir Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl bildirib.