Finlandiyanın hava məkanının pozulması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili Finlandiyanın Xarici İşlər Nazirliyinə çağırılıb
Finlandiyanın hava məkanının pozulması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili Finlandiyanın Xarici İşlər Nazirliyinə çağırılıb

 

Finlandiyanın hava məkanının pozulması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili Finlandiyanın Xarici İşlər Nazirliyinə çağırılıb – bu barədə məlumatı Finlandiyanın İctimai Yayımçısı yayır.

Görüş iyunun 10-da Rusiya təyyarəsinin Porvoo şəhəri sahillərində ehtimal ki, Finlandiyanın hava məkanına daxil olması ilə bağlı baş vermiş hadisəyə aiddir. Hadisəni Finlandiyanın Sərhəd Xidməti araşdırır.

Bu, son bir ay ərzində ikinci belə hadisədir. Rus diplomat Rusiya təyyarəsi tərəfindən hava məkanının pozulması ilə bağlı mayın 23-də də Finlandiyanın Xarici İşlər Nazirliyinə çağırılmışdı.