Finlandiyanın baş naziri – Avropa Rusiyanın Ukraynaya təcavüzünə qarşı təkbaşına dayanacaq qədər güclü deyil, ABŞ-ın dəstəyinə arxalanmağa məcbur oldu
Avropa Rusiyanın Ukraynaya təcavüzünə qarşı təkbaşına dayanacaq qədər güclü deyil və ABŞ-ın dəstəyinə arxalanmağa məcbur oldu, – bu barədə Finlandiyanın baş naziri, Sana Marin Yeni Zelandiyaya səfəri zamanı bəyan etdi.
Finlandiya hökumət başçısının dediyinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi Avropa İttifaqının Rusiya ilə münasibətlərindəki zəif tərəflərini və strateji səhvlərini üzə çıxardı.
Sana Marinin fikrincə, blok Sovet İttifaqının tərkibində olan üzv dövlətləri dinləməlidir.
“Mən sizə qarşı amansızcasına dürüst olmalıyam. Avropa indi kifayət qədər güclü deyil. ABŞ-sız çətinlik çəkərdik. Birləşmiş Ştatlar Ukraynaya çoxlu silahlar, maliyyə yardımları, çoxlu humanitar yardımlar verdi və Avropa hələ də kifayət qədər güclü deyil. Uzun müddət ərzində, Avropa Rusiya üçün strategiya hazırlayırdı – Rusiyadan enerji almaq və bu iqtisadi əlaqələri bir-birinə yaxınlaşdırmaq. Biz elə bilirdik ki, bununla biz müharibədən yayınacağıq”, – Sana Marin bəyan etdi.