Finlandiyanın Avropa məsələləri üzrə naziri – Biz Gürcüstanın Avropa yolunu davam etdirmək səylərini yüksək qiymətləndirir, ölkənin məqsədə çatmaq üçün həyata keçirmək istədiyi islahatları dəstəkləyirik
Gürcüstan parlamenti nümayəndə heyətinin üzvləri Finlandiyanın baş naziri Sana Marin və Avropa məsələləri üzrə nazir Titi Tupurainen ilə görüşəcəklər.
Finlandiyanın Avropa məsələləri üzrə naziri Titi Tupurainen gürcü jurnalistlərə bildirib ki, o, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Finlandiyada qonaq olmasına sevinir.
Onun sözlərinə görə, Gürcüstanın Avropa yolunu davam etdirmək səylərini yüksək qiymətləndirirlər.
“Gürcüstan parlamentinin sədrini Finlandiyada qəbul etməkdən məmnunuq. Onunla Avropadakı hazırkı vəziyyətlə bağlı danışıqlar aparmaq çox xoşdur. Biz Gürcüstanın Avropa yolu ilə davam etmək səylərini yüksək qiymətləndiririk və ölkənin məqsədlərinə çatmaq üçün həyata keçirmək istədiyi islahatları tam dəstəkləyirik”, – Titi Tupurainen bildirib.