Finlandiya və İsveç ilk birgə kəşfiyyat uçuşu zamanı Rusiya qırıcılarından ibarət qrupu aşkar edib

13:19, 25.09.2026

Finlandiya və İsveç ilk dəfə birgə kəşfiyyat uçuşu həyata keçirib

Finlandiya və İsveç ilk dəfə birgə kəşfiyyat uçuşu həyata keçiriblər.

Finlandiya Hərbi Hava Qüvvələrinin məlumatına görə, qırıcı təyyarələr beynəlxalq hava məkanında, Finlandiya körfəzi üzərində Rusiya qırıcılarından ibarət qrupu aşkar edib və onun kimliyini müəyyənləşdiriblər.

Adətən növbətçi qırıcı təyyarələr öz ölkələrinin hava məkanını müşahidə etmək və qorumaq üçün məsuliyyət daşıyırlar.

“Bu ilin payızında başlayan əməkdaşlığın genişləndirilməsi bizə birgə operativ kəşfiyyat uçuşları həyata keçirməyə və zərurət yarandıqda növbətçi qırıcıları digər ölkənin hərbi bazalarında yerləşdirməyə imkan verir”, – deyə Finlandiya Hərbi Hava Qüvvələrinin Operativ İdarəetmə Xidmətindən bildirilib.

İsveç Hərbi Hava Qüvvələrində isə qeyd edilib ki, ölkələr arasında uzunmüddətli beynəlxalq əməkdaşlıq birgə fəaliyyətin maneəsiz həyata keçirilməsinə imkan yaradıb.

Oxşar