Finlandiya Ukraynaya əlavə 16 milyon avro humanitar yardım ayıracaq

17:38, 10.03.2025

 
Finlandiya Ukraynaya əlavə 16 milyon avro humanitar yardım ayıracaq. Bu haqda ölkənin Xarici İşlər Nazirliyi açıqlayıb.

Finlandiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, humanitar yardımı BMT və Qırmızı Xaç təşkilatı vasitəsi ilə Ukraynaya çatdıracaqlar.

“Finlandiya Rusiya ilə müharibənin ilk günlərindən Ukraynaya yardım edir və bunu gələcəkdə də davam etdirəcək. Ukraynanın humanitar ehtiyacları və yardımımız çox mühümdür” – Finlandiyanın ticarət və inkişaf naziri Vile Tavio bildirib.

Oxşar