Finlandiya Ukraynaya 290 milyon avro məbləğində müdafiə paketi ayırıb
Finlandiya Ukraynaya 290 milyon avro məbləğində müdafiə paketi ayırıb. Bu barədə Finlandiya Prezidenti sosial şəbəkədə yazıb.
Aleksandr Stubun sözlərinə əsasən, qeyd olunan paketə Zelenskinin təcili olaraq tələb etdiyi avadanlıqlar daxildir.
“Ukrayna gələn qışa hazırlaşır və verə biləcəyimiz istənilən növ dəstəyə ehtiyacı var. Bu gün Finlandiya Ukrayna üçün dəyəri 290 milyon avro təşkil edən 34-cü müdafiə təyinatlı avadanlıq paketinin ayrılması barədə qərar qəbul edib. Qeyd olunan paketə Zelenskinin təcili olaraq tələb etdiyi avadanlıqlar daxildir” – Finlandiya Prezidenti yazır.
Stub həmçinin Finlandiyanın bu müdafiə müharibəsində Ukraynanı dəstəklədiyini qeyd edib. Onun sözlərinə əsasən, bu mövqe mənəvi baxımdan doğrudur.
“Ukrayna artıq beşinci ildir müdafiə mübarizəsindədir. Biz Ukraynanı dəstəkləyirik, çünki bu, mənəvi baxımdan doğrudur. Söhbət bütün Avropanın, müvafiq olaraq, Finlandiyanın da təhlükəsizliyindən gedir” – Finlandiya Prezidenti bəyan edib.