Finlandiya Rusiyadan yük qatarlarının qəbulunu dayandırdı. Bu barədə bəyanatı Finlandiya dəmiryolu şirkəti yaydı.
Məlumatda deyilir ki, müvafiq qərar Rusiya dəmiryoluna qarşı tədbiq olunan sanksiyalarla bağlıdır. Finlandiya dəmiryolunda bəyan etdiklərinə görə, şirkət məhdudiyyətlərin şərtlərini yerinə yetirməlidir.
Finlandiyaya Rusiyadan gələn yük qatarının qəbulu bu gün saat 12:00-dan dayandırıldı.