Finlandiya Prezidenti — Zelenski səbirli insandır, amma Trampın səbri tükənmək üzrədir
Finlandiya Prezidenti — Zelenski səbirli insandır, amma Trampın səbri tükənmək üzrədir

Finlandiyanın Prezidenti Donald Tramp və Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Finlandiya Prezidenti Aleksander Stubb-un sözlərinə görə, dünən axşam ABŞ Prezidenti Donald Trampla uzun telefon danışığı aparıb, bu gün səhər isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb.

“Zelenski səbirli insandır, amma Trampın səbri tükənmək üzrədir, lakin bu düzgün istiqamətdə — yəni Putin istiqamətindədir”, – deyə Finlandiya Prezidenti bildirib.

Stubb qeyd edib ki, Ukraynanın müttəfiqləri daima Trampa göstərməyə çalışırlar ki, Ukrayna müdafiə xarakterli müharibə apara bilər və Rusiyada vəziyyət düşündüklərindən daha ağırdır.

Finlandiya Prezidenti həmçinin ümidini ifadə edib ki, son iki həftə ərzində Ukrayna üçün vəziyyət müsbətə doğru dəyişib.

Sonuncu dəfə Finlandiya Prezidenti bir həftə əvvəl Tramp və Zelenski ilə danışmışdı.