Finlandiya Prezidenti - Ümid edirəm ki, Donald Trampın Rusiyaya qarşı səbri tükənəcək
Finlandiya Prezidenti Aleksandr Stub ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı səbrinin tükənəcəyinə ümid edir.
Finlandiyanın İctimai Yayımçısının xəbər verdiyi üzrə, Stub bu barədə Səfirlər Günü ilə əlaqədar çıxışında deyib.
“Biz dayanıqlı sülhə nail olmaq üçün bacardığımız hər şeyi edəcəyik. Ukraynanın öz kimliyini və ərazi bütövlüyünü mümkün qədər qoruyub saxlaması üçün mümkün olan hər şeyi edəcəyik” – Finlandiyanın lideri qeyd edib.
Stubun fikrincə, Rusiya Prezidenti Vladimer Putini sülh razılaşmasına nail olmağa məcbur etməyin yeganə yolu Rusiya ilə ticarəti davam etdirən və ya Rusiyanın hərbi sənayesinə kömək edən ölkələrə rüsumlar tətbiq etməklə mümkündür. O bildirib ki, Putini sülhü bərqərar etməyə məcbur edə bilənlər Qərbdən daha çox Şərqdədirlər.
Stubun izahatına əsasən, Ukraynada müharibənin tənzimlənməsi Finlandiyanın xarici və müdafiə siyasətinin ən mühüm məsələlərindən biridir. Onun qeyd etdiyi kimi, müttəfiqlərlə birlikdə bütün səylər Ukraynanın sülh danışıqlarında maksimal şəkildə güclü mövqeyə malik olmasına yönəldilməlidir. Onun fikrincə, bu prosesin mühüm hissəsi isə təhlükəsizlik təminatlarıdır.
“Müharibədə ideal nəticələr yoxdur” – Finlandiya Prezidenti qeyd edib.