Finlandiya Prezidenti Donald Tramp və Vladimer Putinə danışıqları noyabrın sonunda G20 zirvə toplantısının keçiriləcəyi Yohannesburqda aparmağı təklif edir
Finlandiya Prezidenti Donald Tramp və Vladimer Putinə danışıqları noyabrın sonunda G20 zirvə toplantısının keçiriləcəyi Yohannesburqda aparmağı təklif edir. Aleksandr Stub bu təklifi Helsinkidə keçirilən Milli Müdafiə kurslarının açılışında irəli sürüb.
O, çıxışında nüvə silahı, Finlandiyanın müdafiəsi və Ukraynaya dəstək məsələlərinə toxunub.
“Ukraynanı dəstəkləməklə çox şey qazanırıq. Ukrayna tərəfindən müasir müharibənin xüsusiyyətlərinin başa düşülməsi bizim üçün çox şey deməkdir” – Stub bildirib.
G20 zirvə toplantısı noyabrın 22-23-də keçiriləcək.
Bu mərhələdə ABŞ və Rusiyanın liderləri zirvə toplantısında iştirak etməyi planlaşdırmırlar.