Finlandiya Parlamentinin sədri – Qorxuram ki, biz artıq III Dünya Müharibəsindəyik
Qorxuram ki, biz artıq III Dünya Müharibəsindəyik – bu haqda Finlandiya Parlamentinin sədri İusi Hala-Aho bildirib.
Finlandiya Parlamentinin rəhbəri bildirib ki, faktlara məhəl qoymamaq daha çox problemlər yaradacaq.
“Müharibədə olub-olmadığımızı bilmiriksə, hər zaman müharibədə olduğumuzu ehtimal etmək daha yaxşıdır. Fikrimcə, bunun (müharibə) gələcəkdə olacağını ehtimal etmək ən təhlükəsizdir. Ehtimal bizi hazırlanmağa məcbur edir və hazırlıq müharibə ehtimalını azaldır” – İusi Hala-Aho bildirib.
Finlandiya Parlamentinin sədri iddia edir ki, Ukraynanı qorumaq və ona kömək etmək daha yüksək siyasi prioritet olmalıdır.
İusi Hala-Ahonun bəyanatına əsasən, Rusiyanın məğlubiyyəti Ukraynanın qələbəsindən daha mühümdür.
“Mən şəxsən ən böyük təhlükəni Rusiyanın bu müharibəni uduzmamasında və ya bu müharibə ilə hansısa məqsədinə nail olmasında görürəm” – Finlandiya Parlamentinin spikeri bildirib.