Finlandiya Parlamenti sərhəd təhlükəsizliyi haqqında qanunun qüvvədə olma müddətini uzadıb
Finlandiya Parlamenti sərhəd təhlükəsizliyi haqqında qanunun qüvvədə olma müddətini uzadıb.
Dəyişiklik 2028-ci ilin sonunadək qüvvədə olacaq.
Medianın məlumatına əsasən, qanunun müddətinin uzadılmasını 170 deputat dəstəkləyib, 19 nəfər isə əleyhinə səs verib.
Səsvermədən sonra Finlandiyanın Baş naziri Peteri Orpo qanunun müddətinin uzadılmasının zəruri olduğunu bildirib.
“Sərhəddəki mövcud vəziyyət onun yaxşılaşdığını deməyə əsas vermir. Ona görə də müddətin uzadılması zəruridir” – Finlandiyanın Baş naziri açıqlayıb.
Qanun sərhəd mühafizə xidmətinə Rusiya və ya digər ölkə tərəfindən sərhədə gəlişi təşkil edilən və milli təhlükəsizlik üçün ciddi təhdid yaradan sığınacaq axtaran şəxsləri ölkəyə buraxmamaq imkanı verir.