Finlandiya bir sərhəd-keçid məntəqəsi istisna olmaqla, Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayacaq
Finlandiya bir sərhəd-keçid məntəqəsi istisna olmaqla, Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayacaq

Finlandiya Rusiya ilə demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlayacaq. Ölkənin baş naziri Peter Orlonun sözlərinə görə, şimal sərhəd-keçid məntəqəsi istisna olmaqla, hamısı bağlanacaq.

“Bu gün hökumət əlavə sərhəd məntəqələrinin bağlanması barədə qərar qəbul edib. Yalnız Raya-Jozepi keçid məntəqəsi fəaliyyət göstərəcək”, – Orpo bildirib.

Sərhəd buraxılış məntəqələri sabah axşamdan dekabrın 23-dək bağlı olacaq. Helsinkidən verilən məlumata görə, avqustun əvvəlindən əsasən Afrika və Yaxın Şərqdən olan 700-ə yaxın sığınacaq axtaran şəxs Rusiya sərhədindən Finlandiyaya daxil olub. Avropa liderlərinin bəyanatlarına görə, Rusiya qəsdən miqrasiya böhranı yaratmağa çalışır və Moskva bu ittihamları rədd edir.