Finantial Times - Dünya Bankına İvanka Trampın rəhbərlik edəcəyi ehtimal olunur
Dünya Bankına İvanka Trampın rəhbərlik edəcəyi ehtimal olunur.
Bu barədə məlumatı öz mənbəsinə istinadən, Finantial Times yazır.
Nəşriyyatın məlumatına görə, Beynəlxalq Maliyyə Təşkilatının rəhbəri vəzifəsi üçün Donald Trampın qızı ilə bərabər, BMT-də ABŞ-ın sabiq səfiri olan Niki Heylinin namizədliyi də müzakirə olunur.
Namizədlərin seçilməsi proseduru fevralın sonuna qədər başa çatacaq. Aprel ayında isə, yeni rəhbər təsdiqlənəcəq.
Dünya Bankına yeni rəbərin seçilməsi məsələsi, təşkilatın sabiq rəhbəri Cim Yon Kimin səlahiyyətlərinin başa çatmasından üç il öncə istefa etməsindən sonra qaldırıldı.
İstefasının səbəbi olaraq, Cim Yon Kim özəl sektorda işləmək istədiyini bildirdi.
Cim Yon Kim Dünya Bankına 2012-ci ildən rəhbərlik edirdi.
Ənənəvi olaraq, Dünya Bankının prezidenti vəzifəsinə məhz Amerika vətəndaşı seçilməlidir.
Finantial Times-ın məlumatına görə, yeni rəhbərin təyin edilməsindən sonra, təşkilatda əhəmiyyətli dəyişikliklər gözlənilir.