"Financial Times" - Volodimir Zelenski Donald Trampla görüşü zamanı cəbhə xətti ilə əlaqədar "məqbul güzəşt"ə hazırdır
Volodimir Zelenski Donald Trampla görüşü zamanı cəbhə xətti ilə əlaqədar “məqbul güzəşt”ə hazırdır – bu barədə “Financial Times” yazır.
Ukrayna Prezidentinə yaxın rəsmi şəxs nəşrə deyir ki, Zelenski mövcud cəbhə xətti ilə əlaqədar güzəştə getməyə hazırdır, Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqanskdan çıxarılmasını heç nəzərdən belə keçirmir.
Nəşrin qeyd etdiyi kimi, bu gün Zelenski üçün prezident vəzifəsində olduğu müddət ərzində ən mühüm görüşlərdən biri olacaq.
“Bu, Donald Trampla münasibətlərin yenidən başlaması, müharibənin ədalətli sona çatmasına nail olunması və Ukraynanın gələcək təhlükəsizliyi üçün ABŞ-nin zəmanətlərini təmin etmək üçün şans olacaq. “Zelenski həmçinin Ağ Evdə onun son görüşü zamanı baş verən fəlakəti aradan qaldırmalıdır” – nəşr qeyd edir.