"Financial Times" - Si Dzinpin Pekində görüş zamanı Donald Trampa Rusiya Prezidentinin Ukraynaya müdaxilədən "peşman" ola biləcəyini deyib
"Financial Times" - Si Dzinpin Pekində görüş zamanı Donald Trampa Rusiya Prezidentinin Ukraynaya müdaxilədən "peşman" ola biləcəyini deyib

 

Pekində keçirilən görüş zamanı Si Dzinpin Donald Trampa Rusiya Prezidentinin Ukraynaya müdaxilədən “peşman” ola biləcəyini deyib – bu haqda “Financial Times” yazır.

Nəşrin mənbələrinin verdiyi məlumata əsasən, bəyanat Ukrayna müharibəsinin də müzakirə edildiyi genişmiqyaslı danışıqlar zamanı verilib. Nəşrin qeyd etdiyi kimi, Si Dzinpinin bu şərhi onun əvvəlki bəyanatlarından daha sərt görünüb.

Əvvəllər Si Dzinpin və Co Baydenin görüşlərində də iştirak edən mənbələrdən biri Çin Prezidentinin Rusiya və Ukrayna məsələsində “birbaşa və səmimi” danışıqlar apardığını bildirib, lakin bundan əvvəl Vladimer Putin və ya müharibə ilə bağlı öz mövqeyini bu qədər açıq şəkildə ifadə etməyib.

Bununla yanaşı, mənbələrin məlumatına əsasən, Si Dzinpinlə görüş zamanı Tramp ABŞ, Çin və Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı qüvvələrini birləşdirməyi təklif edib və üç ölkənin bu məsələdə ortaq maraqlarının olduğunu deyib.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp 14-15 may tarixlərində Çində olub, bu gün isə Rusiya Prezidenti Vladimer Putin Pekinə gedəcək.