“Financial Times” – Seçkilərdə qələbə qazanması halında, Donald Tramp Ukrayna müharibəsini sürətlə bitirməyi “dondurmaqla” planlaşdırır

21:43, 28.10.2024

 
Seçkilərdə qələbə qazanması halında, Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Tramp Ukrayna müharibəsini sürətlə bitirməyi “dondurmaqla” planlaşdırır. Bu haqda məlumatı “Financial Times” yayır.

Nəşr yazır ki, Trampın komandasının planlarına əsasən, münaqişə Ukrayna NATO-ya qoşulmadan, sərhədin hər iki tərəfində muxtar zonalar və demilitarizasiya zonalarının yaradılması ilə həll oluna bilər.

Trampın müşavirlərindən biri deyib ki, plan ola bilsin 2014 və 2015-ci illərin uğursuz Minsk razılaşmalarının təkrar təqdimatı olsun. Bu dəfə razılaşmanın pozulmasının nəticələrlə müşaiyət olunacağına dair icra mexanizmləri olacaq. Putini danışıqlara məcbur etmək məsələsinə gəlincə, Trampın birinci müddətində Pentaqonun köməkçisi olan Elbric Kolbi, Trampın Rusiya iqtisadiyyatını neft və qazın qiymətlərinin aşağı salınması ilə hədələyə biləcəyini güman edir.

“Prezident təsir vasitələrini çox yaxşı bilir və bizim Rusiya üzərində böyük iqtisadi təsir vasitələrimiz var” – Elbric Kolbi bildirir.

Oxşar