"Financial Times" - Rusiya neft qiymətlərinin artmasından gündə 150 milyon dollar əlavə gəlir qazanır
Rusiya neft qiymətlərinin artmasından gündə 150 milyon dollar əlavə gəlir qazanır – bu haqda məlumatı “Financial Times” yayır.
Nəşrin məlumatına əsasən, ABŞ-İran müharibəsinin başlamasından sonra Fars körfəzi ölkələrinin neft istehsalçıları enerji gəlirlərindən milyardlarla dollar itiriblər, lakin bir ölkə – Rusiya – bundan faydalanır. Neft satışından Rusiyanın büdcəsi gündə 150 milyon dollara qədər əlavə gəlir qazanır.
Çin və Hindistandan rus neftinə tələbat artır, Yaxın Şərqdəki geosiyasi gərginlik bunu dəstəkləyir.
Martın sonu üçün Rusiyanın proqnozlaşdırılan ümumi mənfəəti 3.3-4.9 milyard dollar olacaq.