“Financial Times”, rus dizel yanacağı ilə yüklənmiş və ABŞ-a tərəf hərəkət edən iki tankerin kursunu dəyişdiyinə dair məlumt verir

15:00, 05.11.2026

 

“Financial Times”, rus dizel yanacağı ilə yüklənmiş və ABŞ-a tərəf hərəkət edən iki tankerin kursunu dəyişdiyinə dair məlumt verir.

Nəşrin yazdığı kimi, Rusiyanın “Talisman” tankeri və Honq-Konq şirkətinə məxsus, Sierra-Leone bayrağı altında üzən “Leruo“ tankeri təyinat məkanı kimi artıq ABŞ-nin Atlantik sahilini göstərmirlər. Hər iki tanker Qərbin sanksiyaları altındadır.

“Financial Times”ın məlumatına əsasən, “Leruo” tankeri təyinat nöqtəsi kimi Braziliyanı göstərib, “Talisman” isə Atlantik okeanından Aralıq dənizinə tərəf istiqamət götürüb. Hazırda o, Əlcəzair sahili yaxınlığındadır və “təlimat gözləyir” siqnalını ötürür. Nəşrin izahına əsasən, bu, tankerin yükünün hələ təsdiqlənmiş alıcısının olmadığını və təyinat limanının məlum olmadığını göstərir.

Nəşr həmçinin yazır ki, rus dizeli ilə yüklənmiş üçüncü tanker – yunan şirkətinə məxsus “Agioi Fanendes” görünür ABŞ-a tərəf hərəkətini davam etdirir, lakin o da “təlimat gözləyir” siqnalını verir.

Bununla yanaşı, medianın məlumatına əsasən, Seyşel bayrağı altında üzən və sanksiyalar altında olan “Beast” tankeri oktyabrın 27-də Rusiyanın Primorsk limanında yük aldıqdan sonra həmçinin ABŞ-a tərəf yönəlib. Tanker “Atlantika” siqnalını ötürür, bu da onun təyinat məkanının ABŞ-nin Atlantik sahili olduğunu göstərir.

Məlumat üçün bildirək ki, oktyabrın 9-da Donald Tramp və Vladimer Putin arasında telefon danışığı baş tutub. Danışıqdan sonra tərəflər rus dizel yanacağının Amerika və dünya bazarlarına tədarükü ilə bağlı razılığa gəldiklərini bəyan ediblər.

Oxşar