"Financial Times" oxucuya Gürcüstana səyahət etməyi tövsiyə edir
"Financial Times" oxucuya Gürcüstana səyahət etməyi tövsiyə edir

 
Britaniyanın nüfuzlu “Financial Times” nəşri Böyük Britaniyadan Gürcüstana yeni reyslərin təyin edilməsi haqda yazır. Nəşrin məlumatına əsasən, “easyJet” və “British Airways” bu il Londondan Tbilisi istiqamətində uçuşlar həyata keçirəcək.

“Aprel ayından “easyJet” Tbilisi istiqamətində uçuşlar həyata keçirəcək. İndiyədək “easyJet”in şərqə ən uzaq məsafəyə uçuşu Londonun Luton Hava Limanından Cenevrə və Milana olub. Bu arada “British Airways” də Londonun Hidrou Hava Limanından Tbilisi istiqamətində uçuşları bərpa edəcək. Aviaşirkət Tbilisiyə sonuncu uçuşunu 2013-cü ildə həyata keçirib. Bu vaxtadək Böyük Britaniya və Gürcüstan arasında birbaşa hava əlaqəsi yoxdur” – “Financial Times” yazır.

Məqalənin müəllifi oxucuya Gürcüstanın maraqlı turistik yerlərini ziyarət etməyi tövsiyə edir.

“Gürcüstana səyahət edərkən bu ölkənin füsunkar paytaxtı ilə tanış ola, eləcə də dağlıq bölgələrinə, Ğazbeqi və Svanetiyə gedə bilərsiniz” – “Financial Times” yazır.

Məlumatı Gürcüstanın Milli Turizm Administrasiyası yayır.