"Financial Times" - NATO pilotlara alyansa üzv ölkələrin hava məkanını pozacaq rus hərbi təyyarələrinə atəş açmağa icazə verə bilər
"Financial Times" - NATO pilotlara alyansa üzv ölkələrin hava məkanını pozacaq rus hərbi təyyarələrinə atəş açmağa icazə verə bilər

 

“Financial Times”ın məlumatına əsasən, NATO Rusiyanın sərhədi yaxınlığında patrul xidməti həyata keçirən pilotlara alyansa üzv ölkələrin hava məkanını pozacaq rus hərbi təyyarələrinə atəş açmağa icazə verə bilər.

Britaniya nəşrinin məlumatına əsasən, həmçinin NATO-nun kəşfiyyat dronlarının silahla təchiz edilməsi planlaşdırılır.

“Financial Times”ın yazdığı kimi, bu məsələ Rusiya ilə həmsərhəd ölkələr tərəfindən qaldırılıb. Böyük Britaniya və Fransa onları dəstəkləyib.

Məqalədə qeyd olunub ki, Şimali Atlantika Alyansına üzv olan bir neçə digər dövlət də həmçinin müzakirələrə qoşulub. Rusiya tərəfindən NATO-ya üzv ölkələrin hava məkanının pozulması hallarına cavab variantlarından biri kimi Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirilməsi nəzərdən keçirilir.

“Financial Times”ın məlumatına əsasən, NATO-da cari müzakirələr nəticəsində əldə olunan qərar rəsmən açıqlanmaya bilər. Belə olan halda qərar haqda yalnız onun icrasından sonra məlum olacaq.