“Financial Times” – İran və ABŞ arasında müharibə başladıqdan sonra Avropa İttifaqı eyni həcmdə idxal şəraitində qalıq yanacağına əvvəlkindən 100 milyard avro daha çox xərcləyib

21:48, 29.09.2026

 

İran və ABŞ arasında müharibə başladıqdan sonra Avropa İttifaqı eyni həcmdə idxal şəraitində qalıq yanacağına əvvəlkindən 100 milyard avro daha çox xərcləyib. Bu barədə “Financial Times” energetika məsələləri üzrə Avropa komissarı Dan İorqensenə istinadən yazır.

“Bu il enerjiyə 100 milyard avro daha çox ödəmişik, elə ki, bir əlavə molekul belə qaz və ya neft almamışıq” – Avropa komissarı qeyd edib.

Nəşrin yazdığı kimi, Avropa İttifaqına üzv ölkələr enerji daşıyıcılarının yüksək qiymətləri şəraitində qışa necə hazırlaşmağı müzakirə edirlər. Bu kontekstdə Dan İorqensen elektrifikasiya tempinin sürətləndirilməsi zərurətindən danışıb.

“Bu asılılıqdan yaxamızı qurtarmalıyıq. İdxal olunan, ətraf mühit üçün zərərli və baha başa gələn qalıq yanacağını öz istehsalımız olan enerji ilə əvəz etməliyik” – Dan İorqensen izah edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Portuqaliyada yüzlərlə yük avtomobilinin sürücüsü yanacağın rekord qiymətlərinə görə etiraz aksiyası keçirib.

Oxşar