"Financial Times" - İran nüvə proqramı məsələsi ilə bağlı danışıqlara qayıtmayacağı təqdirdə, Fransa, Almaniya və Böyük Britaniya İrana qarşı sanksiyaları yeniləməyə hazırdırlar
"Financial Times" - İran nüvə proqramı məsələsi ilə bağlı danışıqlara qayıtmayacağı təqdirdə, Fransa, Almaniya və Böyük Britaniya İrana qarşı sanksiyaları yeniləməyə hazırdırlar

 

Fransa, Almaniya və Böyük Britaniya İrana qarşı sanksiyaları yeniləməyə hazırdırlar. Bu barədə məlumatı “Financial Times” yayır.

Medianın məlumatına əsasən, Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə proqramı məsələsi ilə bağlı danışıqlara qayıtmayacağı təqdirdə, ona qarşı sanksiyaları yeniləməyə hazır olduqlarını BMT-yə çatdırıblar.

Nəşrin yazdığı kimi, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri sanksiyaların tətbiqindən bəhs edilən məktubu BMT-yə göndəriblər.

“Biz açıq şəkildə göstərdik ki, əgər İran 2025-ci ilin avqust ayının sonuna qədər diplomatik qərara nail olunmasına hazır olmasa və ya müddətin uzadılması imkanından istifadə etməsə, biz sanksiyaların bərpası mexanizmini işə salmağa hazırıq” – BMT-yə göndərilən məktubda deyilir.