"Financial Times" -ın məlumatına görə, Rusiya aprelin 27-də Polşa və Bolqarıstana qaz nəqlini dayandıracaq
“Financial Times” nəşrinin məlumatına görə, Rusiya aprelin 27-də Polşa və Bolqarıstana qaz nəqlini dayandıracaq.
Polşanın dövlət qaz şirkəti “PGNiG” artıq təsdiqlədi ki, Rusiyanın “Qazprom” şirkəti Varşavaya aprelin 27-də səhər saatlarında Yamal-Avropa kəməri ilə təbii qazın nəqlinin dayandırılacağı barədə məlumat verdi.
Bənzər xəbərdarlığı Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz” da aldı. Aprelin 27-dən Bolqarıstana təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
Bolqarıstan hökumətində bəyan edirlər ki, dövlət qaz şirkətləri ilə birlikdə təbii qazın tədarükü üçün alternativ yollar tapmağa görə artıq müvafiq addımlar atıb.